Müəllif: Gülnar Əhmədli, Banco.az
Kapital Bank-ın depozit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 8 milyard 670 milyon 921 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 733 milyon 223 min manat və ya 9,2% artıb.
Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 3 milyard 92 milyon 548 min manat, hüquqi şəxslərin depozitləri isə 5 milyard 578 milyon 373 min manat təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 507 milyon 369 min manat (19,6%), hüquqi şəxslərin depozitləri isə 225 milyon 854 min manat (4,2%) artıb.
Ötən ilin eyni dövründə depozitlərin məbləği müvafiq olara 2 milyard 585 milyon 179 min manat və 5 milyard 352 milyon 519 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
