Müəllif:Ayşən İmanova/Banco.az
Kanada, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25% rüsumun tətbiqi hədəsinə əməl edəcəyi təqdirdə, rüsum tətbiq edəcəyi 105 milyard dollar dəyərində ABŞ mallarının siyahısını hazırlayıb.
Banco.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, Ottava ilk olaraq bu addımı atmayacaq və tarifləri yalnız Tramp administrasiyasının hərəkətlərinə cavab olaraq tətbiq edəcək. Agentlik qeyd edir ki, Kanada tərəfindən tərtib edilən malların siyahısı ilkin xarakter daşıyır və gələcəkdə əlavə oluna bilər.