İtaliyada inflyasiya mart ayında son yarım il ərzində ilk dəfə 2%-dən yuxarı qalxdı | Banco.az

İtaliyada inflyasiya mart ayında son yarım il ərzində ilk dəfə 2%-dən yuxarı qalxdı

Müəllif Fərid İslamov- Banco.az

 İtaliyada istehlak qiymətləri, Avropa İttifaqının standartlarına uyğun olaraq, mart ayında illik ifadədə 2,1% artıb. Bu barədə İtaliyanın Statistika Agentliyi (Istat) ilkin məlumat yayıb.

Artım tempi fevral ayında qeydə alınmış 1,7%-ə nisbətən sürətlənib və son yarım il ərzində (2023-cü ilin sentyabr ayından bəri) ən yüksək göstərici olub.

Trading Economics-in məlumatlarına görə, analitiklər bu ayda inflyasiyanın 1,9% artacağını proqnozlaşdırırdılar.

Mart ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 1,6% artıb (fevral ayında bu göstərici 0,1% təşkil etmişdi).

İtaliya standartlarına uyğun hesablanmış istehlak qiymətləri də illik ifadədə 2% artıb (son yarım ildə maksimum), fevral ayında isə bu artım 1,6% olmuşdu.

Əsas qiymət artımları aşağıdakı kimi olub:

  • Enerji daşıyıcıları: +1,3%

  • Tütün məmulatları: +4,6%

  • Ərzaq məhsulları: +3,3%

  • Kommunikasiya xidmətləri: +0,8%