İtaliya və Səudiyyə Ərəbistanı arasında 10 milyard dollarlıq müqavilələr bağlanıb | Banco.az

İtaliya və Səudiyyə Ərəbistanı arasında 10 milyard dollarlıq müqavilələr bağlanıb

Müəllif:Ayşən İmanova/Banco.az

İtaliya və Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə 10 milyard dollar məbləğində müqavilələr imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan İtaliya baş naziri Ciorcia Meloni bildirib.

O qeyd edib ki, İtaliya və Səudiyyə Ərəbistanı infrastruktur, enerji əməkdaşlığı, texnoloji innovasiyalar, müdafiə, elmi tədqiqatlar, kənd təsərrüfatı sektoru, idman, turizm, mədəni və arxeoloji irsin inkişafı sahələrində ümumi maraqlara malikdir.

Meloni vurğulayıb ki, ölkələrin ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək istəyi ortaqdır. O, 10 milyard dollarlıq sazişləri hər iki ölkənin gələcək birgə işlərində öhdəlik götürdüyü “qeyri-adi sıçrayış” və real əməkdaşlıqda ilk addım adlandırıb.