Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin ən böyük bankı “UBS”in “Credit Suisse”ə inteqrasiyasında işçilərini ixtisar edəcəyi barədə məlumat yayılıb.
Banco.az xəbər verir ki, “UBS” müflisləşmiş “Credit Suisse”i satın aldıqdan sonra özünün qlobal investisiya bankçılıq bölməsində yüzdən çox işçini əhatə edəcəyi gözlənilən bir sıra ixtisarlar planlaşdırır.
Məsələ ilə bağlı məlumatı olan mənbələrə istinad edilən xəbərdə ixtisarların yaxın həftələrdə həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, aktivlərin idarə edilməsi və bazar departamentlərində ixtisarların olacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, “UBS” 2008-ci il qlobal maliyyə böhranından sonra ən böyük bank birləşməsi sayılan hadisəyə imza ataraq 2023-cü ilin martında “Credit Suisse”i satın almışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!