Müəllif:Mehin Qasımova,Banco.az
İsveçrənin ən böyük bankı "UBS" ətrafında yaranan mübahisələr ölkədə minlərlə iş yerinin gələcəyini sual altına qoyub. Bankın baş ofisinin xaricə köçürülməsi və ya genişmiqyaslı restrukturizasiya ehtimalı 12 minədək işçinin işini itirməsi ilə bağlı narahatlıq yaradıb.
Banco.az xəbər verir ki, İsveçrə Bank İşçiləri Həmkarlar İttifaqı (SBPV) parlament üzvlərinə göndərdiyi məktubda xəbərdarlıq edib ki, daha sərt kapital tələbləri UBS-in ölkədəki fəaliyyətinə və məşğulluğa ciddi təsir göstərə bilər.
UBS-in İsveçrədə təxminən 34 min əməkdaşı var. Həmkarlar ittifaqının hesablamalarına görə, ən pis ssenaridə onların 10-12 min nəfəri, yəni təxminən üçdə biri işini itirə bilər. Bununla belə, bankın ölkəni tərk etməsi ilə bağlı yekun qərar verilməyib.
Bankın gələcəyi ilə bağlı vəziyyət İsveçrə parlamentində aparılacaq müzakirələrdən də asılı olacaq. Qanunvericilər maliyyə sisteminin sabitliyini qorumaqla yanaşı, UBS-in beynəlxalq rəqabət qabiliyyətini və ölkədəki iş yerlərini saxlamaq arasında tarazlıq tapmağa çalışırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!
