Bank VTB Azərbaycan-da fiziki şəxslərin depozitləri 68%-dən çox artıb | Banco.az

Bank VTB Azərbaycan-da fiziki şəxslərin depozitləri 68%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank VTB Azərbaycan-ın depozit portfeli 30 sentyabr 2026-ci il tarixinə 153 milyon 423 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 51 milyon 609 min manat və ya 50,7% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 126 milyon 590 min manat, hüquqi şəxslərin depozitləri isə 26 milyon 833 min manat təşkil edib. 

2025-ci ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 51 milyon 327 min manat (68,2%), hüquqi şəxslərin depozitləri isə 281,3 min manat (1,1%) artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram