Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveç Mərkəzi Bankı faiz dərəcəsində gözlənilməz endirim edərək, faizlərin bir müddət sabit qalacağı barədə istiqamət verib.
Banco.az xəbər verir ki, bank uçot dərəcəsini 25 baza bəndi azaldaraq 1,75 faizə endirdi. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə faiz dərəcəsinin 2 faiz səviyyəsində qorunacağı istiqamətində idi.
Son qərarla birlikdə uçot dərəcəsi son üç ilin ən aşağı səviyyəsinə düşüb.
Bank həmçinin iqtisadi proqnozlarını da yenidən nəzərdən keçirib. İyun ayında 2025-ci il üçün 1,2 faizlik artım proqnozu verən bank bu proqnozunu 0,9 faizə endirib. 2026-cı il üzrə artım proqnozu isə 2,4 faizdən 2,7 faizə qaldırılıb.
Bundan əlavə, bank İsveç kronunun qarşıdakı dövrdə güclənə biləcəyinə də diqqət çəkib.
Bizi sosial şəbəkələrdən izləyin!!