İsrail Mərkəzi Bankı rekord faiz dərəcəsini saxlayıb | Banco.az

İsrail Mərkəzi Bankı rekord faiz dərəcəsini saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsraildə rekord faiz artımı tsikli davam edir.

Banco.az xəbər verir ki, İsrail Mərkəzi Bankı ölkədə hökm sürən yüksək inflyasiyanı cilovlamaq üçün 10-cu dəfə faiz dərəcələrini artırıb.

Mərkəzi Bank iqtisadçıların proqnozlarına uyğun olaraq uçot dərəcəsini  4,5 faizdən 4,75 faizə yüksəldib. Faiz artımı dövrünə 2022-ci ilin aprel ayında başlayan İsrail Mərkəzi Bankı bununla artıq  ikinci dəfədir ki, faiz dərəcələrini 25 baza bəndi artırır.

Qeyd edək ki, hazırda İsraildə faiz dərəcələri 2006-cı ildən bəri qeydə alınan maksimumum səviyyədədir və bank hazırki qərar mətnində faiz artımı dövrünün sona çatdığına dair heç bir mesaj verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram