Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-da faiz dərəcələrinin daha uzun müddət yüksək qalacağı gözləntiləri ilə qlobal investorların dollara qarşı nikbinliyi 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, dolların bahalaşmasına Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşun qiymət sabitliyinin bərpası ilə bağlı açıqlamaları və sonradan faiz dərəcələrinin artırılması gözləntilərinin güclənməsi təsir göstərib.
Wall Street-dəki əsas maliyyə institutları da dolların perspektivi ilə bağlı nikbinliklərini artırıblar. "JPMorgan Chase", "Bank of America" (BoA) və "Goldman Sachs" strateqləri ABŞ dolları üçün istiqamət dəyişikliyinin başladığı fikrini bölüşürlər.
Digər əsas mərkəzi bankların faiz dərəcələrini artırmaqda daha ehtiyatlı olması gözlənilsə də, Fed-in digər həmkarlarından daha sərt pul siyasəti aparacağı gözləntiləri də dolları dəstəkləyib.
Bazarlar bu il Fed-in faiz dərəcəsini ən azı bir dəfə artırmasını gözləyir. Bu proqnoz, 2026-cı ildə faiz dərəcəsinin endirilməsini nəzərdə tutan İran müharibəsindən əvvəlki bazar gözləntilərindən əhəmiyyətli dərəcədə fərqlənir.
