Müəllif: Tamara Mustafayeva, Banco.az
“Volkswagen” Qrupunun qlobal avtomobil təhvilatı üçüncü rübdə 14,3 faiz azalıb.
Banco.az xəbər verir ki, mərkəzi Volfsburqda yerləşən, “Audi”, “Skoda”, “SEAT” və “Porsche” kimi markaları birləşdirən “Volkswagen” Qrupu ilin üçüncü rübü və yanvar-sentyabr dövrü üzrə qlobal avtomobil tədarükü göstəricilərini açıqlayıb.
Məlumata görə, qrupun iyul-sentyabr aylarını əhatə edən üçüncü rübdə qlobal avtomobil tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1 milyon 885 min 300 ədədə düşüb.
Həmin dövrdə qrupun əsas markası olan “Volkswagen”in minik avtomobillərinin satışı 19,3 faiz azalaraq 946 min 600 ədədə enib. “Volkswagen”in minik avtomobilləri, “Skoda”, “SEAT/CUPRA” və “Volkswagen”in kommersiya avtomobillərini əhatə edən “əsas markalar qrupu” üzrə ümumi tədarük isə 14 faiz azalaraq 1 milyon 430 min 900 ədəd təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
