Müəllif: Tamara Mustafayeva, Banco.az
“Delta” aviaşirkəti Ər-Riyad uçuşlarını 2027-ci ilin mart ayına qədər təxirə salıb.
Banco.az xəbər verir ki, ABŞ-nin “Delta Air Lines” aviaşirkəti Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər səbəbindən Atlanta ilə Ər-Riyad arasında həyata keçirilməsi planlaşdırılan birbaşa uçuşların başlanmasını 2027-ci ilin martına təxirə salıb.
Şirkətin bazar ertəsi yaydığı açıqlamada bildirilib ki, vəziyyət yaxından izlənilir, “Saudia” və “Riyadh Air” də daxil olmaqla, aidiyyəti dövlət qurumları və aviasiya tərəfdaşları ilə sıx əlaqə saxlanılır.
Qərar İranın dəstəklədiyi Yəmən husilərinin həftəsonu Ər-Riyad hava limanına insan tələfatı ilə nəticələnən hücumlarından sonra verilib. Hücumlardan sonra Səudiyyə Ərəbistanına və qonşu ölkələrə uçuşlar həyata keçirən bir sıra aviaşirkətlər bəzi reyslərini ləğv edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
