İnvestisiya şirkəti Roko son üç ilin Skandinaviya regionundakı ən böyük IPO-suna hazırlaşır | Banco.az

İnvestisiya şirkəti Roko son üç ilin Skandinaviya regionundakı ən böyük IPO-suna hazırlaşır

Müəllif - Fərid İslamov  - Banco.az

 İsveçin investisiya şirkəti Roko AB səhmlərinin ilkin yerləşdirilməsi (IPO) çərçivəsində 5,3 milyard kron (502 milyon dollar) cəlb etməyi planlaşdırır. Bu, son üç ildə Skandinaviya regionundakı ən böyük IPO ola bilər.

Şirkətin sahibləri, o cümlədən Mellby Gard Intressenter ABSanthe Dahl Invest AB investisiya firmaları, hər biri 2048 kron dəyərində olmaqla təxminən 2,6 milyon səhmi bazara çıxarmağı planlaşdırır. Sənədlərə əsasən, Roko şirkətinin kapitallaşması 30 milyard krona çata bilər.

Şirkətin səhmləri 11 mart tarixindən etibarən Stokholm birjasında ticarətə başlayacaq.

Roko 2018-ci ildə yaradılıb və bu müddət ərzində kiçik və orta ölçülü 33 şirkəti satın alıb. 2024-cü ildə isə onun aktivlərinin ümumi gəliri 6,2 milyard kron təşkil edib.