Müəllif:Mehin Qasımova,Banco.az
Qlobal enerji qiymətlərindəki dəyişkənlik dünyanın ən böyük neft idxalçılarından biri olan Hindistanda maliyyə sabitliyini təhdid edir.
Banco.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 82 dollardan yuxarı qalxması ilə Hindistan rupisi rekord səviyyədə aşağı düşərək on ayın ən kəskin düşüşünü qeydə alıb.
Hindistan Ehtiyat Bankı (RBI) valyutanın ucuzlaşmasını yavaşlatmaq üçün bazara dollar sataraq müdaxilə etdi. Bununla belə, bazar mütəxəssisləri geosiyasi risklər davam edərsə, müdaxilələrin məhdud qala biləcəyinə inanırlar.
Ölkənin 10 illik benchmark istiqrazlarının gəlirliliyi 5 bazis bəndi artaraq 6,73%-ə çatıb. Fond bazarı azalıb, qlobal satışla əlaqədar olaraq NSE Nifty 50 2,3% itirib.
