Azərbaycanda İrandan idxal edilən məhsullar bahalaşacaqmı? | Banco.az

Azərbaycanda İrandan idxal edilən məhsullar bahalaşacaqmı?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İrandan Azərbaycana ixrac ötən il təxminən 500-550 milyon dollar civarında olub. Bunun hamısı ərzaq məhsulları deyil. İxracın tərkibində məişət malları, tikinti materialları və digər məhsullar da yer alıb. Bu baxımdan kənd təsərrüfatı məhsulları ümumi ixracın təxminən yarısını təşkil edib.

Bunu Banco.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli İranda baş verən hadisələr fonunda Azərbaycanda bu ölkədən idxal edilən məhsulların qiymətində gözlənilən dəyişikliyi şərh edərkən deyib. 

İqtisadçının sözlərinə görə, ixracın dayandırılması və ya qadağan olunması halında İran daxili bazarını qorumaq məqsədilə belə addım ata bilər: "Çox güman ki, İrandan gələn məhsulların azalması və ya bazardan tamamilə çıxması Azərbaycan bazarında qiymətlərə müəyyən təsir göstərəcək.

Lakin söhbət elə məhsullardan gedir ki, onları qısa müddətdə alternativ mənbələrlə əvəz etmək mümkündür. Sadəcə olaraq, Türkiyə, Çin və digər istehsalçı ölkələrdən gətirilən analoji məhsullar daha baha başa gəlir. İran məhsulları isə nisbətən ucuzdur.

Bu səbəbdən əgər qadağa uzunmüddətli xarakter alarsa, Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətində müəyyən, hətta kiçik də olsa, artım müşahidə oluna bilər".

Qeyd edək ki, yanvarda Azərbaycanın İrandan idxalı 56,2 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram