Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə, Yaponiya və İtaliya qırıcı təyyarələrlə bağlı əməkdaşlığa başlayıb.
Banco.az xəbər verir ki, ingilis “BAE”, italyan “Leonardo” və yapon “JAIEC” şirkətləri bərabər paya sahib olacaqları bir təşəbbüslə yeni nəsil qırıcı təyyarələr istehsal edəcəklər.
Britaniyanın “BAE Systems Plc”, İtaliyanın “Leonardo SpA” və Yaponiyada yerləşən “Japan Aircraft Industrial Improvement Co” şirkətləri Qlobal Döyüş Hava Proqramı (GCAP) çərçivəsində qırıcı təyyarələr hazırlayacaqlar.
Bu məqsədlə yaradılacaq yeni şirkətdə şirkətlərin 33,3 faiz payı olacaq. Açıqlamaya görə, şirkət Böyük Britaniyada yerləşəcək və ilk CEO İtaliyadan olacaq.
Xatırladaq ki, Britaniya və İtaliya ilk dəfə 2018-ci ildə “Tempest” adlı altıncı nəsil döyüş təyyarəsi hazırlamaq barədə razılığa gəlmişdilər. Yaponiya isə 2022-ci ildə öz reaktiv proqramını inteqrasiya etməyə razılaşmışdı.
GCAP çərçivəsində hazırlanan təyyarələrin 2035-ci ildə istismara verilməsi planlaşdırılır. Təyyarələr Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin donanmasındakı Eurofighter Typhoon təyyarələrini əvəz edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!