İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı (BoE) noyabr ayı iclasını keçirib.

Banco.az xəbər verir ki, BoE əsas faiz dərəcəsini 4 faiz səviyyəsində sabit saxlayıb.

Bloomberg-in 27 oktyabr – 31 oktyabr tarixləri arasında keçirdiyi sorğuda iştirak edən iqtisadçıların ortaq proqnozu da faiz dərəcəsinin 4 faiz səviyyəsində qalacağı yönündə idi. Bundan əlavə, iqtisadçılar Mərkəzi Bankın 2025 və 2026-cı illər üçün inflyasiya proqnozunu da aşağı salacağını gözləyirdilər.

2025-ci ildə indiyədək on dəfə faiz qərarı açıqlayan BoE faiz dərəcəsini üç dəfə 25 baza bəndi endirərək 4,75 faiz səviyyəsindən 4 faizə qədər azaltmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram