Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərə Bankı faiz dərəcələrini endirib.
Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankı (BoE) əsas faiz dərəcəsini 4 faizdən 3,75 faizə endirib.
Bununla da uçot dərəcəsi təxminən son 3 ilin ən aşağı səviyyəsinə düşüb.
"Bloomberg"in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntiləri də 25 baza bəndi həcmində faiz endirimi olacağı istiqamətində idi.
İngiltərədə noyabr ayında illik inflyasiya 3,6 faizdən 3,2 faizə geriləyib və 3,4 faiz səviyyəsində olan bazar gözləntilərindən aşağı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
