İnformasiya və rabitə sektorunun gəlirləri 7%-dən çox artıb | Banco.az

İnformasiya və rabitə sektorunun gəlirləri 7%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2082,8 milyon manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur.

    Göstərilən xidmətlərin 73,1%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.