Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırır.
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ABŞ-ın Rusiya neftinə qarşı sanksiyaları yumşaltmaq qərarını tənqid edərək, Avropanı “Moskva qarşısında daha sərt sanksiyalar tətbiq etməyə” çağırıb.
Kallas Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində çıxışı zamanı qlobal təhlükəsizlik böhranlarının dərinləşdiyini və bunun beynəlxalq nizam üzərində ciddi təzyiq yaratdığını bildirib.
Aİ-nin ali nümayəndəsi deyib: “Çox təlatümlü bir dövrdən keçirik və Rusiyanın Ukraynaya qarşı apardığı qanunsuz müharibə ilə Yaxın Şərqdə baş verən hadisələr arasında açıq əlaqə mövcuddur.”
Beynəlxalq hüququn zəifləməsinin bu böhranların əsas səbəblərindən biri olduğunu qeyd edən Kallas, Yaxın Şərqdəki münaqişələrin coğrafi baxımdan genişləndiyini və çox sayda ölkəyə təsir etdiyini vurğulayıb.
Kallas əlavə edib ki, bu münaqişələr yalnız regional deyil, həm də qlobal iqtisadi nəticələr doğurur və xüsusilə enerji bazarlarında dalğalanmalara səbəb olur.
Bizi sosial şəbəkələrdən izləyin!!
