İlk 4 ayda Çin limanlarında daşınan yüklərin miqdarı artıb | Banco.az

İlk 4 ayda Çin limanlarında daşınan yüklərin miqdarı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlk 4 ayda Çin limanlarında daşınan yüklərin miqdarı artıb.

Banco.az xəbər verir ki, Çin Nəqliyyat Nazirliyinin məlumatlarına görə, 2025-ci ilin yanvar-aprel ayları ərzində ölkənin limanlarında 5,75 milyard ton yük, 110 milyon TEU konteyner daşınıb.

Daşınan yük miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, konteyner sayı isə 7,9% artıb.

ABŞ Prezidenti Donald Trampın qarşılıqlı tariflər çərçivəsində gömrük rüsumlarını artırması və Pekinin buna cavab verməsi nəticəsində artan ticarət gərginliyinin hiss olunduğu aprel ayında isə daşınan yük miqdarı keçən ilin eyni ayı ilə müqayisədə 4,8% artıb.

Qeyd edək ki, Çinin ixracatı da aprel ayında ötən ilin eyni dövrünə nisbətən 8,1% artmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram