I rübdə Azərbaycan neftinin orta ixrac qiyməti 85 dollardan yüksək olub | Banco.az

I rübdə Azərbaycan neftinin orta ixrac qiyməti 85 dollardan yüksək olub

2026-ci ilin yanvar-mart ayları ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan neftinin orta qiyməti 85,11 ABŞ dollarına bərabər olub.

2026-ci ilin I rübü ərzində ən yüksək göstərici 128.28 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 64.12 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 16 milyard 350 milyon manatı neft-qaz sektorunun hesabına formalaşır. Bu vəsaitin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.

apa