Müəllif - Fərid İslamov - Banco.az
İsveçrənin tikinti materialları istehsalçısı Holcim Ltd., Şimali Amerika biznesi olan Amrize-in ABŞ-da birjaya çıxarılmasını (listing) 2025-ci ilin birinci yarısında həyata keçirmək niyyətini təsdiqləyib.
Holcim-in mətbuat məlumatına görə, Amrize 2025-2028-ci illər dövründə faizlər, vergilər, amortizasiya və köhnəlmədən əvvəlki düzəldilmiş mənfəəti (EBITDA) təxminən ildə 8-11% artırmağı, həmçinin satışları hər il 5-8% artırmağı hədəfləyir.
“Şirkət, böyüməni və yüksək nəticələrə nail olmağı təşviq etmək üçün kapital bölgüsü strategiyasından istifadə edərək, həm orqanik, həm də qeyri-orqanik inkişafa investisiya qoyacaq,” - deyə Amrize-i idarə edəcək Holcim-in Direktorlar Şurasının sədri Yan Yenish bildirib.
ABŞ və Kanadada 1 mindən çox müəssisə və təxminən 19 min əməkdaşı olan Amrize, Şimali Amerikada ən böyük sement istehsalçısıdır.
Şirkətin 2024-cü ildə gəliri 11,7 milyard dollar, düzəldilmiş EBITDA isə 3,2 milyard dollar təşkil edib. 2021-ci ildən bəri şirkətin gəlirinin orta illik artım tempi 13%, düzəldilmiş EBITDA-nın artım tempi isə 16% olub.
Holcim-in ümumi mənfəətinin təxminən 40%-i Şimali Amerika aktivlərinə düşür. 2024-cü ilin yanvarında şirkət, bu aktivlərin yerləşdirilmə nəticəsində 30 milyard dollardan çox qiymətləndirilə biləcəyini bildirmişdi.