Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası qəbul edildi | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında " Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında" qanun layihəsi müzakirə edilib.

Layihəyə əsasən, Hesablama Palatası Aparatının (Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi istisna olmaqla) 2021-ci il üçün xərclər smetası 9 milyon 140 min 683 manat məbləğində müəyyənləşib.

Gələn il əməyin ödənişi üçün 8 milyon 216 min 309 manat, malların satın alınması üçün 588 min 164 manat, sosial ödənişlər üçün 129 min 500 manat, qeyri-maliyyə aktivləri üçün 206 min 710 manat vəsait nəzərdə tutulub.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram