Hərracda tələb təklifi 3 dəfə üstələyib | Banco.az

Hərracda tələb təklifi 3 dəfə üstələyib

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100956S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-yə istinadən xəbər verilir ki, hərraca 5 investor 5 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 75 253 700 manat olub.

Sifarişlər 98,8696 manat (14,6998%) – 99,0448 manat (12,3995%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,9305 manat (13,8993%), orta ölçülmüş qiyməti 98,9944 manat (13,0604%) olmaqla AMB tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar artıq həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 7 iyun 2017-ci ildir.