Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin fevral ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya şəhərləri arasında birinci yeri Əbu-Dabi (343.67 Mbps) tutub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Fransanın şəhəri Lion (334.74 Mbps) ikinci, Çilinin şəhəri Valparaiso (326.86 Mbps) üçüncü olub.
200 şəhər arasında sonuncu yerdə Suriyanın Hələb şəhəri (1.98 Mbps) qərarlaşıb. Bakı isə bu siyahıda 114-cü (69.84 Mbps) olub.
Genişzolaqlı internetin ən sürətli olduğu 10 şəhər bunlardır (Fevral, 2025):
- Əbu-Dabi (BƏƏ) – 343.67 Mbps
- Lion (Fransa) – 334.74 Mbps
- Valparaiso (Çili) – 328.86 Mbps
- Pekin (Çin) – 309.10 Mbps
- Nyu York (ABŞ) – 298.14 Mbps
- Cenevrə (İsveçrə) – 288.65 Mbps
- Şanxay (Çin) – 287.22 Mbps
- Buxarest (Rumıniya) – 282.01 Mbps
- Sürix (İsveçrə) – 281.60 Mbps
- Taypey (Tayvan) – 276.29 Mbps
Bizi sosial şəbəkələrdən izləyin!!