Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16% azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 207,171 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verilir. 

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16 % azdır.

Azərbaycanla ticarət dövriyyəsi Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 10,6 % azalaraq 99,459 milyon ABŞ dolları (ümumi ixracın 12,4 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 20,5 % azalaraq 107,712 milyon ABŞ dolları (ümumi idxalın 5 %-i) olub.

Yanvar-fevral aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 4,8 % azalaraq 2 milyard 950,147 milyon ABŞ dollarına düşüb. O cümlədən, ixracın dəyəri 12,2 % azalaraq 803,314 milyon ABŞ dollarına, idxalın dəyəri isə 1,6 % azalaraq 2 milyard 146,833 milyon ABŞ dollarına enib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram