"Google" şirkəti "səs köməkçisi" proqramına görə 68 milyon dollar cərimələnib | Banco.az

"Google" şirkəti "səs köməkçisi" proqramına görə 68 milyon dollar cərimələnib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Google" şirkəti "səs köməkçisi" proqramına görə 68 milyon dollar cərimələnib.

Banco.az xəbər verir ki, Şimali Kaliforniya federal məhkəməsinə təqdim edilən iddia sənədində prosesin "Google" şirkətinin səsli köməkçi texnologiyası "Google Assistant" ilə bağlı iddialar əsasında başladığı bildirilib.

Sənəddə qeyd olunub ki, sözügedən alət yalnız “Hey Google” və ya “Okay Google” kimi ifadələr istifadə edildikdə, yaxud cihaz üzərindəki düyməyə basıldıqda səs yazısı aparmalı olduğu halda, bu ifadələr işlədilmədən də istifadəçilərin şəxsi söhbətlərini qeydə alıb. İddialara görə, bu hal "Google" telefonları, ev tipli ağıllı dinamiklər, noutbuklar, planşetlər və simsiz qulaqlıqlar da daxil olmaqla bir çox məhsulu əhatə edib.

"Google" uzun müddət davam edə biləcək hüquqi prosesin yaradacağı qeyri-müəyyənlik, risk və maliyyə xərclərindən yayınmaq məqsədilə 68 milyon dollar ödəməyi qəbul etdiyini açıqlayıb.

Razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Dairə Hakimi Bet Labsın Friman tərəfindən təsdiqlənməsi tələb olunur.

ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple" da 3 yanvar tarixində səsli köməkçi texnologiyası "Siri"nin istifadəçilərin məxfiliyini pozduğu iddiası ilə açılmış kollektiv məhkəmə iddiasında razılaşmaya gedərək 95 milyon dollar ödəməyi qəbul etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram