Müəllif - Eldar Kərimov - Banco.az
Amerika avtomobil istehsalçısı "General Motors Co." (GM) 6 milyard dollar məbləğində yeni səhm geri alış proqramını təsdiqləyib, həmçinin rüblük dividend ödənişlərini 25% artırmağa qərar verib.
"Buyback" proqramı çərçivəsində 2025-ci ilin ikinci rübündə tamamlanması planlaşdırılan 2 milyard dollar dəyərində sürətləndirilmiş səhm alışı nəzərdə tutulub.
Bundan sonra, əvvəlki proqramdan qalan resurslar da nəzərə alınmaqla, geri alış üçün ümumi vəsaitin həcmi 4,3 milyard dollar təşkil edəcək.
Şirkət rüblük dividend məbləğini bir səhmə 0,12 dollardan 0,15 dollara qaldıracaq. Artırılmış dividend ödənişləri ikinci rübdən etibarən başlanacaq.