Gələn il taxıl qiymətləri necə dəyişəcək? | Banco.az

Gələn il taxıl qiymətləri necə dəyişəcək?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Növbəti il üçün taxıl qiymətlərində müəyyən artımlar gözlənilir.

Banco.az Dünya Bankının proqnozuna istinadən xəbər verir ki, qlobal toxum tədarükünün 2024-cü il üçün 3% artması gözlənilir, bu isə 2023-cü ildəki 5% artımdan bir qədər fərqlidir. 2024-2025-ci illərə nəzər saldıqda burada 5% artım proqnozlaşdırılır. 2025-ci ilin ilk rübünədək qlobal buğda istehsalının 796,8 milyon tona çatmaqla bərabər  rekord məhsul yığımı ilə nəticələnəcək. Qlobal istehlakda isə rəqəmlər bir qədər fərqlidir. Bu mövsümdə qlobal buğda tələbatının 798,4 milyon tona düşəcəyi proqnozlaşdırılır ki, bu da əvvəlki mövsümdəki 799,9 milyon tondan bir qədər azdır. İstehsal balansının defisitdə qalacağı gözlənilsə də, bu defisit 2023-2024 illərində 8,1 milyon tondan 2024-2025 illərində 1,6 milyon tona qədər azalacaq.

Son illərdə qlobal buğda istehsalı və tələbatı arasında defisit azalmağa doğru gedib. 2021-ci ildə qlobal buğda istehsalı 775 milyon ton təşkil etmiş, lakin tələbat 787 milyon ton olub. Nəticədə 12 milyon tonluq defisit yaranıb. 2022-ci ildə istehsal 781 milyon tona, tələbat isə 790 milyon tona çatıb və defisit 9 milyon tona qədər azalıb. 2023-cü ildə isə qlobal istehsal 793 milyon ton səviyyəsinə çatıb, tələbat isə 799,9 milyon ton olub. Bu dövrdə defisit 8,1 milyon ton təşkil edib.

Azərbaycanın buğda idxalında isə əsas tədarükçü ölkə Rusiya olub. Ölkənin təxminən 2,8 milyon ton buğda tələbatının 1,1 milyon tonu idxal hesabına qarşılanır. 2024-cü ilin ilk 7 ayında idxal edilən 460,645 min ton buğdanın 99,98%-i Rusiyadan alınıb. Buğdanın bir tonunun idxal dəyəri isə 222,76 ABŞ dolları olub ki, bu, ötən ilin eyni dövründən 22% azdır.

Azərbaycan 2021-ci ildə 1 milyon ton buğda idxal edilib, bir tonun dəyəri 240 ABŞ dolları təşkil edib.
2022-ci ildə idxal həcmi 1,05 milyon tona, qiymət isə 230 ABŞ dollarına enib.
2023-cü ildə isə idxal həcmi 1,1 milyon ton olub, bir tonun dəyəri 222,76 ABŞ dolları səviyyəsinə qədər azalıb. Statistik göstəricilərə görə, həm qlobal, həm də yerli bazarlarda tədarük və tələbatın dəyişməsi qiymətlərə birbaşa təsir edir.