Azərbaycan Mərkəzi Bankı (AMB) yüklülük reyestrindən istifadə səviyyəsinə dair məlumatları hər ay Statistik Bülletendə dərc edəcək.
Bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Bildirilib ki, bu göstəricilər reyestrdə aparılan qeydiyyatların həcmi əsasında formalaşdırılacaq.
Məqsəd daşınar əmlakın yüklülük reyestrində şəffaflığı artırmaq, bazar iştirakçılarının məlumatlılığını gücləndirmək və təminat aləti kimi istifadə imkanlarını genişləndirməkdir.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!
