Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52615,7 milyon manatlıq, o cümlədən 28664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövündə əhali 7 milyard 520 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı, 2 milyard 568 milyon manatlıq elektrik malları və mebellər, kompüterlər, 1 milyard 286 milyon manatlıq əczaçılıq məhsulları, 3 milyard 160 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
