Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı il FIFA Dünya Kuboku təkcə futbol azarkeşlərini yox, həm də texnologiya həvəskarlarını həyəcanlandıracaq.
Banco.az xəbər verir ki, turnirə ABŞ və Kanada ilə birgə ev sahibliyi edəcək Meksikada təhlükəsizlik tədbirləri müasir texnologiyalı mərhələyə keçir.
Monterrey metropoliten ərazisində yerləşən Guadalupe bələdiyyəsi riskli ərazilərin nəzarətində istifadə olunmaq üçün dörd “robot iti” polis xidmətinə cəlb edəcəyini açıqlayıb.
K9-X adlanan bu dördayaqlı robotlar canlı görüntü ötürməklə, təhlükəli məkanlara polis əməkdaşlarından əvvəl daxil olacaq və mümkün riskləri uzaqdan qiymətləndirməyə imkan verəcək.
