Müəllif: Tamara Mustafayeva, Banco.az
Fransa Parlamenti Mərkəzi Bankın sədri vəzifəsinə namizədi təsdiqləyib.
Banco.az xəbər verir ki, Parlamentin iki maliyyə komissiyasının birgə səsverməsində 110 deputatdan 58-i Emanuel Mulenin təyinatının əleyhinə səs verib. Lakin bu rəqəm namizədliyin qarşısını almaq üçün tələb olunan beşdə üç səs həddini keçməyib.
Səsvermədən əvvəl ifrat sağçı, solçu və sosialist deputatlar Emmanuel Makronla uzun illər birlikdə çalışmış şəxsin prezidentin 2027-ci ildə vəzifədən ayrılmasından sonra da uzun müddət güclü təsir imkanlarına malik olacağına etiraz edərək, təyinatı əngəlləməyə çalışacaqları barədə xəbərdarlıq etmişdilər.
Emanuel Mulenin təyinatına qarşı çıxanlar mərkəzi bankın müstəqilliyi və 21 ölkədən ibarət Avrozonanın pul siyasətini müəyyən edən rəsmilərin təyinat prosesi ilə bağlı müzakirələri yenidən gündəmə gətiriblər.
Komitə iclasları zamanı Emanuel Mulen bildirib ki, iyun ayında veriləcək faiz qərarı daxil olan iqtisadi göstəricilərdən asılı olacaq və Avropa Mərkəzi Bankı xüsusilə qiymət gözləntilərinin sabit qalmasını təmin etməyə diqqət yetirməlidir. Bununla yanaşı, o, artan borclanma xərclərinin iqtisadiyyat üçün yaratdığı risklərlə bağlı narahatlığını da ifadə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
