"Fitch" Azərbaycanın reytinqini dəyişdi | Banco.az

"Fitch" Azərbaycanın reytinqini dəyişdi

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin açıqladığı hesabatda bildirilir.

Reytinqin dəyişilməsi ilə bağlı proqnoz "mənfi"dir. Hesabatda bildirilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Xatırladaq ki, yanvarın sonunda "Standard & Poor`s" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib.