Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb | Banco.az

Fevralda Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin fevral ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 39,8 faiz payla "Facebook" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 21,93 faiz göstərici ilə "YouTube", üçüncü yerdə isə 16,85 faiz göstərici ilə "Instagram" qərarlaşıb.

"Pinterest" istifadəçilərinin fəallığı ötən ay 8,83 faizə bərabər olub.

"X"in payı 5,38 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı 5,79 faiz, "Reddit" isə 0,61 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram