Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Mərkəzi Bankının Pul Siyasəti Komitəsi bu il 8 dəfə toplanacaq.
Banco.az xəbər verir ki, FED-in ilk iclası 28–29 yanvar tarixlərində keçirilmişdi. İlkin və sonuncu, yəni 8-ci faiz qərarı isə dekabr ayında açıqlanacaq. İnvestorlar və bazarlar yalnız qərarın vaxtına deyil, həm də bankın gələcək dövrlərə dair verdiyi mesajlara və iqtisadi qiymətləndirmələrinə diqqət yetirirlər.
Mərkəzi Bank — Federal Ehtiyat Sistemi (FED) — 2025-ci il üçün pul siyasəti faiz dərəcəsini müəyyənləşdirəcək ilsonu iclasını 9–10 dekabr 2025 tarixlərində keçirəcək.
Qərarın iclasın son günündə elan ediləcəyi gözlənilir. Analitiklər bu qərarın 10 dekabr axşamı ictimaiyyətə açıqlanacağını proqnozlaşdırırlar.
Xatırladaq ki, FED oktyabr ayında keçirilən iclasda proqnozlara uyğun olaraq əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,75–4 faiz aralığına endirmişdi. Bankın açıqlamasında bildirilib ki, iqtisadi fəaliyyət orta templə genişlənir, məşğulluq artımı zəifləyib, inflyasiya isə ilin əvvəlindən bəri yüksəlib. Bundan əlavə, FED 1 dekabrdan etibarən balansın azaldılması prosesini dayandıracağını da bəyan edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
