Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı iqtisadçılar və investorlar tərəfindən maraqla gözlənilir.
Banco.az xəbər verir ki, dollar, qızıl, birja və kriptovalyuta sərmayələrinə birbaşa təsir edən FED-in faiz qərarından əvvəl analitiklərin dekabr ayı faiz üzrə proqnozları araşdırılır.
Bəs FED-in dekabr ayı üzrə faiz qərarı nə vaxt açıqlanacaq?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayı üzrə faiz qərarı iclasının təqvimi açıqlanıb. Buna görə 12-13 dekabr tarixlərində FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı dekabrın 13-ü axşam saat 22:00-da açıqlanacaq.
Xatırladaq ki, FED ötən ay uçot dərəcəsini proqnozlara uyğun olaraq dəyişməyərək 22 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlamışdı. Bununla da, mərkəzi bank ardıcıl 2 görüşdür ki, faiz dərəcəsini dəyişməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!