Banco.az portalı olaraq, Expressbank'da mövcud olan vakansiyalar barədə ətraflı məlumatı sizin diqqətinizə çatdırırıq:
1. Filial müdiri (Bakı şəhəri)
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Liderlik qabiliyyətinin olması; - İdarəetmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
- Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə aparılmasını təmin etmək;
- Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
- Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
- Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
- Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq.
2. HR mütəxəssisi
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
Vəzifə öhdəlikləri:
- İşə götürülməsi nəzərdə tutulan namizədləri müsahibə və yoxlama yolu ilə nəzərdən keçirir, xülasələri yoxlayır, onların nəticələrini toplayır və şöbənin müdirinə təqdim edir;
- İşə qəbul ilə bağlı elanların yerləşdirilməsini, anketlərin seçilməsini nəzarət edir;
- Bankda vakant vəzifələrə işçilərin seçilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və namizədlərin sonrakı mərhələyə yönləndirilməsini nəzarət edir;
- Potensial namizədləri müəyyənləşdirmək məqsədi ilə daxili işçi heyətinin, əmək bazarının və işədüzəltmə agentliklərinin bazasının qiymətləndirməsində iştirak edir;
- Bankda işçiyə tələbat planını hazırlayır;
- Gənc, istedadlı namizədlərin banka cəlb edilməsi ilə əlaqədar təhsil müəssisələri ilə əməkdaşlığın aparılması məqsədilə təhsil müəssisələrində prezentasiyaların (təqdimatların) keçirilməsini təşkil edir;
- Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının yaradılması və mütəmadi olaraq yenilənməsini nəzarət edir;
- Namizədlərin işə cəlb edilməsi məqsədilə işə qəbul mənbələrinə dair təkliflər hazırlayır;
- Şöbənin müdiri tərəfindən verilən digər tapşırıqları icra edir və eyni sahədə fəaliyyət göstərən mütəxəssisin fəaliyyətini istiqamətləndirir.
3. Texniki dəstək bölməsinin müdiri
Tələblər:
- İT Texniki Dəstək xidmətində minimum 3 il.
Vəzifə öhdəlikləri:
- Texniki Dəstək bölməsinin işinin təşkili
- Müraciətlərin qeydiyatı sisteminin qurulması
- Bölmənin işçilərin KPİ hesablanması
QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını, yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.