Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.
Hazırda ABŞ valyutasının ən sərfəli alış məzənnəsi 1.6910 AZN, ən sərfəli satış məzənnəsi isə 1,6930 AZN-dir.
ABŞ valyutasının sərfəli alışı “Yapı Kredi Bank Azərbaycan” və “Kapital Bank” dadır. Bu banklarda dolların alışı 1,6910 AZN təşkil edir. Sərfəli satış isə “Dəmirbank”da aparılır. Bankda dolların məzənnəsi 1,693 AZN-dir.
Avronun məzənnəsi üzrə ən sərfəli alış “Bank Silk Way”də həyata keçirilir. Avronun alış məzənnəsi bu bankda 1,895 AZN-dir. Avro bölgəsinin valyutasının satışı isə ən sərfəli “Turanbank”dadır - 1,9076.
Mənbə: Oxu.az