Brand Finance Banking 500 2021 reytinqində ən güclü banklar sırasında birinci yeri dünya bankları arasında Sberbank tutub.
Kompaniyanın güc indeksi (BSI), AAA+marka dərəcələndirməsi üzrə 100 baldan 92 bal toplayıb.
Reytinq tərtibatçılarının məlumatında isə deyilir ki, rus şirkəti müştəriləri ilə loyallıq dərəcəsi və yaxınlarda həyata keçirdiyi rebrendinq hesabına yüksək nəticə əldə ədə bilib.
Brand Finance-ni baş icraçı direktoru Devid Heyq isə deyib ki, “Sberin sektorlar arası bir texnoloji markası olaraq uğurlu bir şəkildə yenidən markalanması, dünyadakı digər bazar liderləri üçün nümunə ola bilər”.
Sberbank eyni zamanda AAA+ səviyyəsində ən yüksək marka dərəcəsinə sahib olan 0,4 bal ilə özəl bank İndoneziya Bankı Bank Central Asia-nı (BCA) geridə qoyub.
2020-ci ildə Sber və BCA-nın rəqəmləri eyni idi və 91,6 bal təşkil edirdi. Reytinqin üçüncüsü isə Cənubi Afrika şirkəti Capitec Bank olub və 89,2 bal toplayıb.
Reytinqdəki uğuruna baxmayaraq pandemiya dövründə brendin dəyəri 29% azalaraq 9,4 milyard dollara düşüb.
Heyq deyib ki, COVID-19 pandemiyası zamanı Sberbank, BCA, Capitec Bank-ın ümumi dəyərləri azalsa da, reytinqdə elit brend olaraq mövqelərini qoruyub saxlaya biliblər. Bu isə onların nüfuzu və istehlakçı geridönüşlərinə görə idi.
facemark.az
Bizi sosial şəbəkələrdən izləyin!!