Dünyada 1 milyarddan çox insan yoxsulluqdan əziyyət çəkir | Banco.az

Dünyada 1 milyarddan çox insan yoxsulluqdan əziyyət çəkir

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT: Dünyada 1,1 milyard insan yoxsulluqdan əziyyət çəkir.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) hesabatına görə, dünyada 1,1 milyard insan kəskin yoxsulluq həddində yaşayır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) dərc etdiyi dünya üzrə yoxsulluğun vəziyyəti haqqında hesabata əsasən, dünyada 1 milyarddan çox insan kəskin yoxsulluq həddində yaşayır.

Hesabatda bu vəziyyətdən əziyyət çəkənlərin yarıdan çoxunun uşaqlar olduğu qeyd olunub.

Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü (OPHI) ilə birlikdə dərc edilən hesabatda İkinci Dünya Müharibəsindən sonra dünyada ən çox münaqişələrin baş verdiyi 2023-cü ilə kimi müharibə şəraitində olan ölkələrdə yoxsulluq nisbətlərinin 3 dəfə yüksək olduğu vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda 18 yaşa qədər 584 milyon insanın həddindən artıq yoxsulluq həddində yaşadığı bildirilib. Qeyd edilib ki, həddindən artıq yoxsulluqdan əziyyət çəkənlər dünya üzrə böyüklərin 13,5 faizini, uşaqların isə 27,9 faizini təşkil edir.

Həmçinin bildirilib ki, dünyanın ən yoxsul insanlarının 83,2 faizi Sahara-altı Afrika və Cənubi Asiyada yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram