Dünya mərkəzi bankları noyabrda 53,4 ton qızıl alıb | Banco.az

Dünya mərkəzi bankları noyabrda 53,4 ton qızıl alıb

Müəllif:Ayşən İmanova/Banco.az

Ümumdünya Qızıl Şurasının (World Gold Council) ilkin hesablamalarına görə, dünya mərkəzi bankları 2024-cü ilin noyabrında öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 53,4 ton artırıb.

Banco.az xəbər verir ki, noyabr ayında qızılın ən böyük alıcıları Polşa (21 ton), Özbəkistan (9 ton), Hindistan (8,4 ton) və Qazaxıstan (5,1 ton) olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Çin ötən ilin aprel ayından bəri ilk dəfə olaraq qızıl ehtiyatlarının artması (5 ton artım) barədə məlumat verib. Alıcılar arasında həmçinin İordaniya (4,1 ton), Türkiyə (3 ton), Çexiya (1,6 ton), Qana (1,2 ton), Monqolustan və Malta (1 tondan az) yer alıb.

Qızılın əsas satıcısı Sinqapur (5,2 ton) olub.