Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb | Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb

Londonun ICE Futures birjasında Brent markalı may fyuçerslərinin qiyməti 0,35 dollar (0,48%) bahalaşaraq 73,16 dollar/barelə çatıb. Cümə günü Brent markalı neft 0,76 dollar (1%) ucuzlaşaraq 72,81 dollar/barel olub.

Bu vaxta qədər WTI markalı neftin aprel fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,34 dollar (0,49%) bahalaşaraq bir barelə görə 70,1 dollar təşkil edib. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,59 dollar (0,8%) ucuzlaşaraq 69,76 dollar olub.