Vaşinqtonun tariflərlə bağlı yeni bəyanatları fonunda neft qiymətləri ucuzlaşıb.
Banco.az xəbər verir ki, Brent markalı neftin 1 bareli 1,55 dollar və ya 2,21% faiz azalaraq 68,64 dollara enib.
WTI markalı neftin avqust fyuçersləri isə Nyu-Yorkun NYMEX əmtəə birjasında 1,81 dollar və ya 2,65% azalaraq bir barelə görə 65,57 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç bir xüsusi razılaşması olmayan əksər ticarət tərəfdaşlarına 15-20%, Kanadaya isə 35% ümumi idxal tarifi tətbiq etməyi planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!