Dünya bazarında neftin ucuzlaşması davam edir | Banco.az

Dünya bazarında neftin ucuzlaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” markalı neftin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 2,33% azalıb 1 barelə görə 77,01 ABŞ dolları təşkil edib.

Birja məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,46% artaraq 73,84 ABŞ dollarına bərabər olub.