Müəllif:Mehin Qasımova,Banco.az
Cümə axşamı ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra neftin qiyməti ucuzlaşıb.
Banco.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Çin lideri ilə görüşünün çox uğurlu keçdiyini, bir çox məsələlərdə razılıq əldə edildiyini bildirib. Konkret olaraq o, Çində fentanillə bağlı tarifləri 20%-dən 10%-ə endirdiyini açıqladı. O, həmçinin Çinlə ticarət sazişinin imzalanacağını da açıqlayıb.
O əlavə edib ki, Pekinin Rusiya neftini alması məsələsi müzakirə olunmayıb.
Londonun ICE Futures birjasında dekabrın 1-də Brent markalı neftin fyuçersləri 0,33 dollar (0,51%) ucuzlaşaraq 64,59 dollar/barel təşkil edib. Çərşənbə günü Brent 0,52 dollar (0,8%) bahalaşaraq 64,92 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin dekabr fyuçersləri 0,24 dollar (0,4%) ucuzlaşaraq 60,24 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0,33 dollar (0,55%) artaraq 60,48 dollar olub.
ABŞ Federal Ehtiyat Sisteminin iclasının nəticələri neft bazarında müəyyən təzyiqlər yaradıb. Fed çərşənbə günü faiz dərəcəsini 25 bənd azaldıb illik 3,75-4%-ə endirdi, lakin FED sədri Jerome Pouell daha sonra dekabr ayında faiz dərəcəsinin daha da aşağı salınmasının açıq sual olaraq qaldığını və zəmanət verilmədiyini bildirdi.
