Ölkə əhalisi yanvarda ən çox nəyə pul xərcləyib? | Banco.az

Ölkə əhalisi yanvarda ən çox nəyə pul xərcləyib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 5 milyard 293 milyon manatlıq, o cümlədən 2,9 milyard milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə əhali 760,9 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabı, 239,2 milyon manatlıq elektrik malları və mebellər, 81,1 milyon manatlıq kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 141,1 milyon manatlıq əczaçılıq məhsulları, 303 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram