Dünya bazarında neftin qiyməti bahalaşdı | Banco.az

Dünya bazarında neftin qiyməti bahalaşdı

Dünya bazarlarında neft yenidən bahalaşıb.

Banco.az  xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında 2025-ci ilin aprel ayı üçün WTI neftinin barel qiyməti 0.95% (+0.63 dollar) artaraq 67.18 dollara çatıb.

    ICE London qitələrarası birjasında 2025-ci ilin may ayı üçün Brent neftinin qiyməti isə 1.00% (+0.70 dollar) qalxaraq 70.58 dollara yüksəlib.