Çərşənbə axşamı neftin qiyməti bir qədər aşağı düşür, treyderlər ABŞ və İran arasında dialoqun inkişafını, eləcə də Ukrayna ətrafında vəziyyəti izləməyə davam edirlər.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti bir barel üçün 65,33 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,21 dollar (0,32%) aşağıdır. Bazar ertəsi bu kontraktların qiyməti 0,13 dollar (0,2%) artaraq 65,54 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçersləri 0,19 dollar (0,31%) ucuzlaşaraq 61,95 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 0,17 dollar (0,27%) artaraq bir barel üçün 62,14 dollar olub.